Azərbaycan neftinin QİYMƏTİ rekord artım nümayiş etdirir

381 dəfə oxunub
Azərbaycan neftinin QİYMƏTİ rekord artım nümayiş etdirir

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 87,10 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Sonuncu dəfə Azərbaycan nefti 2014-cü ildə 87 dollar həddindən yüksək olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 86,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 2-də 83,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 2-də 85,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel çoxdur.



Redaktorun seçimi