Ölkədə qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

456 dəfə oxunub
Ölkədə qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, oktyabrın 2-də qızılın qiyməti oktyabr 1-i ilə müqayisədə 7,5055 manat artaraq 1 unsiya üçün 2027,5985 manat təşkil edib.

Gümüş 0,0407 manat ucuzlaşaraq 1 unsiya üçün 24,768 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 22,916 manat artaraq 1404,676 manat, palladiumun qiyməti isə 6,2985 manat azalaraq 1806,5475 manat təşkil edib.



Redaktorun seçimi