Hərraclarda dollar satışı kəskin azalıb - AÇIQLAMA

392 dəfə oxunub
Hərraclarda dollar satışı kəskin azalıb - AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

Faktor.az xəbər verir ki, bu barədə "Marja"ya ARDNF-dən bildirilib.

 

"Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dollarıməbləğində vəsait satılmışdı. Beləliklə, valyuta satışı Avqust ayı ilə müqayisədə Sentyabrda 46% azalıb.

 

May ayında 422,7 milyon ABŞ dolları, İyunda 439 milyon ABŞ dolları, İyulda isə 536,6 milyon dolları məbləğində valyuta satılmışdı.

 

2018-ci ilin 9 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 4 milyard 639,6 milyon ABŞ dollarına çatıb."

 

Gülbəniz//Faktor.az 



Redaktorun seçimi