Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları...

355 dəfə oxunub
Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları...

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb.

Faktor.az xəbər verir ki, Trend-in Mərkəzi Bankın elektron xidmətlər portalına istinadən verdiyi məlumata görə, ölkədə daha çox 5 manatlıq əsginaslar saxtalaşdırılır – 32 faiz.

Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əsginaslar tutur.
100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əsginasların payına isə 6 faizi düşür.

Bu yaxınlarda buraxılmış 200 manatlıq əsginasların saxtalaşdırılması hallarına rast gəlinməyib.

Gülbəniz//Faktor.az 



Redaktorun seçimi