Bankda pulları olanlar - Azərbaycanın bu məşhur bankı batır
“Kommersant.az” "AG Bank"ın 2 illik hesabatına istinadən xəbər verir ki, bankın öhdəlikləri, filial sayı, işçi sayı, iri kreditlərin həcmi, aktivləri və məcmu kapitalı azalıb. Bundan başqa isə bankın problemli kreditlərin həcmində kəskin artma müşahidə olunur.
Belə ki, "AG Bankın" öhdəlikləri 135 mln. 165 min manat, iri kreditlərin həcmi 24 mln. 722 min manat, cəmi aktivləri 91 mln. 970 min manat azalıb. Bankın Bakı şəhəri üzrə problemli kreditlərinin həcmi 34 mln. 193 min manat, problemli kreditlətin cəmi isə 4 mln. 72 min manat artıb.
Bundan başqa sözügedən bankın işçi sayı və filial sayında da azalmalar artıb. Belə ki, sözügedən bank 2 il ərzində 2 filialını bağlayaraq işçilər arasında ixtisara gedib.
Qeyd edək ki, "AG Bank"ın məcmu kapitalında kəskin azalma baş verib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) banklara olan məcmu kapital tələbinə (50 milyon manatdan) cavab vermir (8 mln. 514 min manat əskik).
AG Bank |
30 iyun 2016 |
30 iyun 2018 |
Öhdəliklər |
579 mln 760 min |
444 mln 595 min |
İri kreditlər |
91 mln 972 min |
67 mln 250 min |
Aktivləri |
579 mln 760 min |
487 mln 790 min |
Problemli kredit (Bakı) |
65 mln 742 min |
99 milyon 935 min |
Problemli kredit (cəmi) |
104 mln 76 min |
148 mln 148 min |