Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb

Hit: 386
Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb.

Faktor.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz, kartof - 15,5 faiz, bitki yağları - 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 2,0 dəfə, meyvə və tərəvəz konservləri - 23,5 faiz, polietilen - 10,9 faiz, emal olunmamış alüminium - 18,5 faiz, pambıq lifi - 66,9 faiz, qara metallardan borular - 10,2 faiz, pambıq ipliyi - 23,1 faiz artıb, təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər - 44,7 faiz, meyvə və tərəvəz şirələri - 15,2 faiz, tütün - 20,1 faiz, çay - 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 7,8 faiz, qara metallardan yarımfabrikatlar - 70,9 faiz, bentonit gili - 3,2 faiz azalıb.

2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 faiz, bitki yağları - 41,7 faiz, təzə meyvə - 47,5 faiz, çay - 6,3 faiz, quş əti və onun əlavə məhsulları - 3,7 faiz, qara metallardan borular - 2,0 dəfə, minik avtomobilləri - 2,7 dəfə, qara metallardan çubuqlar - 27,3 faiz, mineral gübrələr - 77,0 faiz, mebellər - 32,1 faiz, hesablama maşınları, blok və qurğuları - 4,1 faiz, rezin şinlər - 2,0 faiz, polietilen - 60,0 faiz, məişət kondisionerləri - 20,2 faiz, yük avtomobilləri - 2,2 dəfə, paltaryuyan maşınlar - 29,2 faiz, sement və sement klinkerləri - 59,4 faiz, məişət soyuducuları - 2,3 dəfə artıb, siqaret idxalı isə 3,7 faiz, xam şəkər və şəkər - 45,2 faiz, kərə yağı, digər süd yağları və pastaları - 20,7 faiz, kartof - 23,2 faiz, mal əti - 21,0 faiz, təzə tərəvəz - 46,3 faiz, polad prokatı - 2,2 faiz, qara metallardan künclüklər ­- 7,3 faiz, avtobuslar - 37,8 faiz azalıb.









Redaktorun seçimi