Deputatdan manat açıqlaması: “Bu, manata təsir göstərə bilər”

Hit: 341
Deputatdan manat açıqlaması: “Bu, manata təsir göstərə bilər”

“İlin axırına kimi manat dəyərini qoruyub saxlayacaq”.

Bunu bizimyol.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.

O, bildirib ki, Azərbaycanda manatı qoruyan amillər var: “Birincisi, neftin qiymətidi. Neftin qiyməti yüksəkdir, bu gün təxminən 80 ABŞ dolları səviyyəsindədir.

İkincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. İdxal-ixrac əməliyyatlarının həcminin artması Azərbaycana əlavə vəsait daxil olur.

Üçüncüsü, Mərkəzi Bankın pul-kredit siyasətinə, pulun dövriyyəsinə cidi nəzarəti var”.

V.Əhmədov bildirib ki, üç mexanizmin birində problem yaranarsa, bu manata təsir göstərə bilər: “Hələlik bunlar qorunub saxlanılır. İlin axırına kimi manat dəyərini qoruyub saxlayacaq”.









Redaktorun seçimi