Azərbaycan nefti cüzi ucuzlaşıb

Hit: 336
Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 18-də 73,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,2 dollar dollar/barel azdır.

Faktor.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 18-də 72,40 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 18-də 68,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 18-də 70,54 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.









Redaktorun seçimi