Azərbaycan neftinin SON QİYMƏTİ

Hit: 524
Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 73,34 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar dollar/barel azdır.

Faktor.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 17-də 72,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 17-də 68,67 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 17-də 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.









Redaktorun seçimi