Azərbaycanda qızıl və gümüş ucuzlaşır

Hit: 621
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

İyulun 12-də Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, qızılın qiyməti iyulun 11-i ilə müqayisədə 10,931 manat azalaraq 1 troy unsiyası üçün 2 115,9645 manat təşkil edib.

Gümüş 0,1883 manat ucuzlaşaraq 1 unsiya üçün 26,914 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 13,1495 manat azalaraq 1 414,57, palladiumun qiyməti 2,8985 manat azalaraq 1 602,76 manat təşkil edib.









Redaktorun seçimi