Azərbaycan neftinin SON QİYMƏTİ

106 dəfə oxunub
Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar dollar/barel azdır.

Faktor.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 75,53 dollar/barel təşkil edib ki, bu da Trend--ə görə, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 77,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.



Redaktorun seçimi