Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR

117 dəfə oxunub
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR

İyulun 2-də Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, qızılın qiyməti iyunun 29-u ilə müqayisədə 0,7905 manat azalaraq 1 troy unsiyası üçün 2126,3855 manat təşkil edib.

Gümüş 0,1468 manat ucuzlaşaraq 1 unsiya üçün 27,2361 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 4,369 manat azalaraq 1438,795, palladiumun qiyməti 6,0265 manat artaraq 1619,5645 manat təşkil edib.



Redaktorun seçimi