Azərbaycanda BAHALAŞMA - Milli Məclis qiymətləri ARTIRDI - VİDEO

3672 dəfə oxunub
Azərbaycanda BAHALAŞMA - Milli Məclis qiymətləri ARTIRDI - VİDEO

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, sonuncu iclasda əsas müzakirə mövzularından biri paytaxt yollarında yaranan tıxaclar olub. İclasda çıxış edən millət vəkili Fazil Mustafa alternativ nəqliyyat vasitələrinin az olduğunu və bunun qarşısını almaq üçün metrostansiyaların genişləndirilməsini təklif edib.

Millət vəkili Fəzail Ağamalı isə Bakı-Sumqayıt yolunda aparılan təmir işlərindən şikayətlənib və alternativ yol olmadığından vətəndaşların əziyyət çəkdiyini bildirib.

Millət vəkili, ''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov isə Bakının coğrafi mövqeyinə görə alternativ yollar yaratmağın çətin olduğunu, amma alternativ nəqliyyat vasitəsi üçün dəmir yolları şəbəkəsinin genişləndiirlməsi üçün işin görüldüyünü bildirib.

Plenar iclasda, ''İnzibati Xətalar Məcəlləsi'' və ''Yol hərəkəti haqqında" qanuna edilən digər dəyişikliyə görə isə sürücülərə elektron protokol tərtib edilərsə, artıq ünvanlarına məktub göndərməyə ehtiyac qalmayacaq. Onların telefonuna SMS-in göndərilməsi də həmin prtokolun qərarlı elən edilməsinə kifayət edəcək.

''Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklərlə isə bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılıb. Məsələn, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avtonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb. Eyni zamanda, bəzi avtomobil dövlət qeydiyyat nişanlarına görə dövlət rüsumları da artırılıb.

 


loading...
loading...

Redaktorun seçimi