Bitkoin ucuzlaşır

Hit: 358
Bitkoin ucuzlaşır

Bitkoin kriptovalyuta bazrındakı mənfi xəbərlər fonunda ucuzlaşmaqda davam edir.

Faktor.az xəbər verir ki, bitkoin 6,4 min dollara alınıb satılır.

"CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,33% ucuzlaşaraq 6,48 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də azalma qeydə alınıb. Belə ki, "Ethereum" 1,47% və ya 497,13 dollaradək, "Ripple" 3% (0,52 dollara qədər), "Bitcoin Cash" 2,26% (839,62 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 276,62 milyard dollar təşkil edir və bunun 40 faizi bitkoinin payına düşür.









Redaktorun seçimi