Xalqa şok xəbər: İşığın qiyməti qaldırılır - Tarif Şurası

Hit: 22094
Xalqa şok xəbər: İşığın qiyməti qaldırılır - Tarif Şurası

"Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. 

Faktor.az xəbər verir ki, enerji qiymətləri 14-16 qəpiyədək qaldırılacaq. 

"Hazırkı qiymət 1 kilovat saata görə 350 kv.saatadək 7 qəpikdir, bundan yuxarı məsrəflər üçün isə 11 qəpikdir. Qiymətlər iyulun birindən qaldırıla bilər. Qiymət artımını payıza saxlamaq istəmirlər. Bundan başqa, qaz və suyun qiymətlərinin qaldırılması üçün də Tarif Şurasına müraciət göndərilib. 
Hökumət enerjinin, qazın və suyun qiymətlərinin qaldırılmasını Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun tələbləri ilə əsaslandırmağa çalışacaq. O da gözlənilir ki, əgər qiymət artımıyla bağlı ciddi ictimai etirazlar olsa, prezident qiymətləri 1-2 qəpik endirəcək", - deyə məlumatda bildirilir. 

faktor.az









Redaktorun seçimi