TANAP İlham Əliyevin böyük uğrudur - Politoloq

670 dəfə oxunub
TANAP İlham Əliyevin böyük uğrudur - Politoloq
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
 
Faktor.az xəbər verir ki, dünya əhəmiyyətli bu layihə Azərbaycanın iqtisadiyyatına və Avropada mövqeyinə ciddi təsir göstərəcək. 
 
Layihənin ölkəmiz üçün faydalarının nədən ibarət olacağı barədə Faktor.az saytına açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu layihə Azərbaycanın iqtisadi gücünün və beynəlxalq aləmdə tutduğu mövqeyinin göstəricisidir:
 
 
"TANAP layihəsinə yalnız Azərbaycanın iqtisadi prizmasından baxmaq layihənin əhəmiyyətini xeyli dərəcədə kiçiltməkdir. Bu layihə Azərbaycanın Beynəlxalq aləmdə reallaşdırdığı layihələrdən biridir. TANAP layihəsinin reallaşması Azərbaycanın gücünün nümayişidir. Layihənin maliyyəsi təxminən 40-42 milyard dollar təşkil edir. Dünyanın iqtisadi böhran yaşadığı zamanda, iri şirkətlər, Avropa dövlətləri layihəni maliyyələşdirə bilmədi. Ona görə də, TANAP-ın reallaşmasında əsas maliyyə Azərbaycanın üzərinə düşdü. Bu həm Azərbaycanın maliyyə-iqtisadi gücünün, həm də siyasi iradəsinin nümayişidir. Biz sivil dünya istiqamətində düzgün qərar qəbul eliyə bilirik və bu qərarı reallaşdırmaq üçün lazım olan maliyyəni ortaya qoyuruq. TANAP-ın iki istiqamətdə vacib əhəmiyyəti var:
 
İlk olaraq, Azərbaycanın Türkiyənin daxilində nüfuzunu artıracaq.  Bu heç kəsə sirr deyil ki, Türkiyənin daxilində iqtisadi problemləri var və gözlənilir ki, bu problemlər daha da artsın. Çünki Türkiyəyə müxtəlif faktorlar təsir edir. Azərbaycan qardaş dövlət olaraq, Türkiyyənin iqtisadi problemləri olduğu zaman yanındadır. Çünki bu layihə Türkiyənin özü üçün, bir neçə istiqamətdə faydalıdır. Qazımızı Türkiyəyə ucuz verəcəyik, tranzit haqqını Türkiyə götürəcək.Bunlarla yanaşı, hazırda orda yeni işlər yerləri açılır. TANAP Türkiyənin  daxilində multipilikativ effekt yaradacaq. 
 
İkinci istiqamətdə isə Azərbaycanın Avropanın daxilində mövqeyi möhkəmlənəcək. Bolqarıstan hazırda Azərbaycana ildə 1 milyard dollar vermək istəyir ki, onlara qaz sataq və ölkəni qazlaşdıraq. Təsəvvür edin ki, bu günkü gündə Azərbaycan 95-96 faiz qazlaşıb, lakin Bolqarıstan Avropanın mərkəzindədir və orda qaz yoxdur. Əhali kömür və odundan istifadə edir. Rumınyada da vəziyyət eynidir. Bunların içində mən islam dövləti olan Albaniyanı xüsusilə qeyd etmək istərdim. Orda demək olar ki, qaz yoxdur. Bəzi döşlərinə döyən nefti, qazı olan müsəlman dövlətlər də var ki, oranın qazlaşdırılmasına diqqət etməyib. Azərbaycan həm Albaniyaya qaz verəcək, həm də oranı qazlaşdırcaq. Azərbaycan bundan sonra Avropanın içində öz mövqeyini ortaya qoyacaq. Bu həm də onun müsəlman ölkələri arasında olan nüfuzuna da təsir edəcək. Bu layihəyə yalnız iqtisadi prizmadan yanaşmaq lazım deyil, lakin adını sadaladığımız bu ölkələri qazla pulsuz təmin etməyəcəyimizə görə, ölkəyə iqtisadi baxımdan öz töhfəsini verəcək. 


loading...
loading...

Redaktorun seçimi