Banklara kredit borcu olanlara pis xəbər

6312 dəfə oxunub
Banklara kredit borcu olanlara pis xəbər

Əkrəm Həsənov: “Əmanətlərin Sığortalanması Fondunun yeni rəhbəri gözləntiləri doğrultmur”

Azərbaycanın bank sektorunda problemlər davam edir. Bir çox mütəxəssislər zəif bankların bağlanması prosesinin bu il də davam edəcəyini proqnozlaşdırırlar. Bu isə daha çox sayda insanın banklara əmanət etdiyi vəsaitlərdən məhrum olması deməkdir.

Xatırladaq ki, son 3 ildə Azərbaycanda 13 bank bağlanıb. Bu banklarda qalan əmanətlərin bir hissəsi - qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılıb. İndiyədək fond tərəfindən bağlanan banklar üzrə 800 milyon manata yaxın belə ödəniş həyata keçirilib. Qanunvericiliyə əsasən qorunmayan əmanətlərin ödənişi isə bağlanan bankların əmlakının satışından, habelə verilən kreditlərin qaytarılmasından toplanan vəsait hesabına kompensasiya olunmalıdır.

Bağlanan bankların bir çoxunun əmlakı və kreditləri əmanətlərin qaytarılması üçün yetərli olsa da, bəzi banklarda vəziyyət gərgindir. Bank sahəsi üzrə mütəxəssis, bağlanan “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənovun sözlərinə görə, bağlanan banklarda qorunmayan əmanəti olanların heç biri qoyduğu pulun hamısını geri ala bilmir: “Müflisləşmənin mənası budur ki, müflisləsən bankın kifayət qədər vəsaiti yoxdur ki, bütün borclarını versin. Əmanət də borclardan biridir. Hər bir halda, əmanətçilər pullarını tam şəkildə geri ala bilməyəcəklər. Əksər banklarda əmanətçilər az da olsa, qoyduqları məbləğin bir hissəsini ala bilirlər.

Bank standart ile ilgili görsel sonucu

Yəni söhbət qorunmayan əmanətlərdən gedir. Son vaxtlar Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin də bəzilərinin qaytarılmasından qanunsuzluğa yol verərək imtina edir. Lakin qorunan əmanətlərin böyük hissəsi artıq qaytarılıb. İki bankla bağlı vəziyyət çox pisdir. Bunlar ”Texnikabank" və “StandardBank”dır. Onların əmlakı və kreditləri heç qorunan əmanətlərin qaytarılmasını belə təmin etmir. Ola bilsin ki, digər banklardan da belə vəziyyətdə olanlar var. Əmanətlərin Sığrotalanması Fondu çox qeyri-şəffaf işləyir deyə bu haqda dəqiq məlumat əldə etmək mümkün olmur. Qanuna görə, fond 3 ayda bir dəfə bütün kreditorlara bankın maliyyə vəziyyəti haqqında məlumat təqdim etməlidir. Lakin bunu etmirlər, bu isə fondun nə qədər düzgün işləməsinə şübhələr yaradır".

Bağlanan banklar arasında yeganə olaraq “Standardbank”ın əmanətçiləri bankı müflisləşməyə gətirib çıxaran hüquqi və fiziki şəxsləri məhkəməyə veriblər: “Azərbaycanda ilk dəfə olaraq bank sektorunun əsas nəzarətçisi olan Mərkəzi Bank, onun İdarə Heyətinin sədri Elman Rüstəmovu, baş direktoru Rəşad Orucovu, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlını, baş icraçı direktoru İbrahim Alışovu, bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Krimanı, Xaliq Əhədovu, Abbas Nəsibovu və bir audit şirkətini məhkəməyə vermişik. Bu adamların, qurumların günahı üzündən ”StandarBank" uzun illər boyu müflis həddində olaraq fəaliyyət göstərib. Bu, çox uzun prosesdir, lakin əmanətçilərin başqa yolu yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu məsələyə məsuliyyətsiz yanaşır və əmanətçilərin hüquqlarını qorumurlar".

Ə.Həsənov bildirir ki, yalnız “StandardBank”da əhalinin 157 milyon manat əmanəti, şirkətlərin 400 milyon manatı qalıb. Daha 460 milyon manata yaxın vəsait isə ƏSF-nin qaytardığı qorunan əmanətlərdir: “Digər banklar üzrə belə məlumatlar açıqlanmır. Heç bir bankın əmanətçisi bankın durumu barədə məlumatlandırılmır. Əmanətlərin Sığortalanması Fondu belə məlumatları tam qapalı saxlayır. İstər dövlət, istər özəl qurum olsun, ailə olsun - maliyyə məsələlərində şəffaflıq yoxdursa, deməli, orada dürüstlük böyük şübhə altındadır”

Mütəxəssisin dediyinə görə, bağlanan banklarda qalan qorunmayan əmanətlərin həcmi təxminən 2 milyard manata yaxındır: “Dəqiq məlumat, əlbəttə, fonddadır. Fondun yeni rəhbərliyindən gözləntilər  çox idi, amma təəssüf ki, onlar doğrulmur”. YM.


loading...
loading...

Redaktorun seçimi