Manatla kreditlər bahalaşdı

99 dəfə oxunub
Manatla kreditlər bahalaşdı
Azərbaycanda bu il mayın 1-nə kreditlər üzrə orta faiz dərəcəsi manatda 13,57%, xarici valyutada isə 9,65% təşkil edib.
 
Report-un məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 0,12 faiz bəndi artıb və 0,09 faiz bəndi azalıb.
 
 
Bu müddətdə manatla depozitlər üzrə orta faiz dərəcəsi 10,06%-dən 10,14%-ə yüksəlib, xarici valyutada isə 2,82%-dən 2,70%-ə enib.
 
Hesabata əsasən, mayın 1-nə fiziki şəxslərin manatla əmanətlərində orta faiz aylıq 0,13 faiz bəndi azalaraq 10,91%, xarici valyutada isə 0,15 faiz bəndi azalaraq 3,28% təşkil edib.


loading...
loading...

Redaktorun seçimi