Dünyanı yeni maliyyə böhranı gözləyir - PROQNOZ

312 dəfə oxunub
Dünyanı yeni maliyyə böhranı gözləyir - PROQNOZ

Maliyyəçi Corc Soros mövcud qlobal siyasətin növbəti irimiqyaslı maliyyə böhranına səbəb ola biləcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Milyarderin sözlərinə görə, Avropa İttifaqı üç ciddi problemlə üzləşib: bunlar Avropaya qaçqın axını, ərazi dezinteqrasiyası və Avropa iqtisadiyyatının inkişafına əngəl olan sərt iqtisadi ölçülərdir.

“Avropa İttifaqı ekzistensial böhran yaşamaqdadır. Gözlənilən ən pis hadisələr onun başına gəlib”, - deyə Soros bildirib.

Soros hesab edir ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik Avropa iqtisadiyyatına, o cümlədən, Almaniyaya ağır zərbə vuracaq.

“Biz növbəti ciddi maliyyə böhranı ilə üzləşə bilərik”, - deyə Soros vurğulayıb.

Faktor.az



Redaktorun seçimi