Azərbaycanda şok devalvasiya... - AÇIQLAMA

Hit: 9859
Azərbaycanda şok devalvasiya... - AÇIQLAMA

"Yeni əskinasların, yəni 200 manatlıqların dövriyyəyə buraxılması heç bir halda məntiqə uyğun və yaxud ağıllı qərar sayılmır"

Faktor.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bu addımın bir sıra mənfi hallara yol açacağını bildirib.

"Bunun bir sıra mənfi nəticələri olacaq. Əvvəla, dövriyyədə nəğd pul kütləsi həcminə olan tələbat nöqteyi-nəzərindən, o cümlədən hesablaşmalar və sair baxımından buna ehtiyac yox idi. İkincisi də ki, lap zərurət mövcud olsa idi belə, bu addımı məhz indi atmaq düzgün deyildi... Məlumdur ki, manat bir müddətdir 1 ABŞ dollarına görə 1,70 qəpik dəyərindədir. Neftin dünya bazar qiymətlərinə əsasən, valyuta bazarımızda xeyli vaxtdır sabitlikdir... Ancaq bu, kövrək xarakter daşıyır... Ölkə iqtisadiyyatının yaxın perespektivdə inkişafı qeyri-neft məhsullarının ixracından və bu sahədə ölkənin mövcud potensialından necə istifadə ediləcəyindən asılıdır. Odur ki, neftdən kənar sahələr üzrə ixracın genişləndirilməsi istiqamətində görülən işlər durmadan davam etdirilir. Milli pul vahidimizin ən böyük nominallı əskinası olan 100 manatın 100 ABŞ dolları qarşısında 70 AZN ucuz olduğu bir məqamda 200-lüklərin dövriyyəyə buraxılması isə yalnız, Amerika valyutasının xeyrinədir. Sözün qısası, ölkədə dollarizasiya prosesi yenidən vüsət alacaq, manata inamın bərpası prosesi birdəfəlik sönəcək, qiymətlər yüksələcək, idxalın genişlənməsi üçün əlavə stimul yaranacaq, birrəqəmli inflyasiyaya nail olmaq xeyli çətinləşəcək, qeyri-nəğd ödənişlərin və hesablaşmaların həcmi əvvəlki templə artmayacaq, dövriyyədən orta perespektivdə nəyinki qəpiklərin, ola bilsin ki, hətta 1 manatlıqların da belə çıxması üçün real zəmin yaranacaq... Və bütün bunlar, tədricən baş verəcək.. Mərkəzi Bank manatın oturduğu hava şarını yüngülləşdirmək əvəzinə, ona əlavə yük yerləşdirdi", - deyə P.Heydərov qeyd edib.

Faktor.az









Redaktorun seçimi