Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Hit: 120
Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib. 

Bu barədə Faktor.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbul mayın 30-u saat 11:00-da Şamaxı şəhərində Bakı-Qazax şossesinin 118-ci km-də yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.









Redaktorun seçimi