Hamıya maraqlı olan xəbər - ​Neftin qiyməti artır: 100 DOLLAR ola bilər

Hit: 880
Hamıya maraqlı olan xəbər - ​Neftin qiyməti artır: 100 DOLLAR ola bilər

Amerikanın İran üzərindəki iqtisadi sanskiyaları yenidən gündəmə gəlib.

Bu sanksiyalardan biri noyabrın 4-də tədbiq olunacaq. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti (NIOC) üzərinə beynəlxalq məhdudiyyətlər qoyulacaq, İrandan neft, neft-kimya və neft məhsulları almaq və ümumi olaraq İranın enerji sektoru üzərinə sanksiyalar tətbiq olunacaq.

Noyabrın 5-dən etibarən isə amerikalı şəxslər və ya təşkilatlar tərəfindən idarə olunan və İran hökuməti ilə əlaqəsi və ya fəaliyyəti olan təşkilatların da səlahiyyətləri ləğv ediləcək. Açıqlamada bildirilir ki, həmin şəxslər və təşkilatların ən geci 4 noyabra qədər İrandakı fəaliyyətlərini dayandırmaları lazımdır.

“Hazırda Avropanın bütün firmaları İranla bağlı olan işlərini yekunlaşdırır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı İlham Əzizov bildirib.

Onun sözlərinə görə, buna səbəb Amerikanın Avropa ölkələri və İranla bağladıqları üçtərəfli müqavilədən çıxmasıdır:

“Firmalar Amerikanın Qüdsdəki məsələsindən sonra müharibə gözləntisinin olacağından çəkinirlər. Bu səbəblə, yaranmış olan psixoloji durum neftin qiymətinə təsir edir və yüksəldir. İranın birbaşa olmasa da, müxtəlif vasitələrlə dünya bazarına çıxardığı neft dünya bazarındakı neftin qiymətinə dolayı yolla da olsa təsir edirdi. Amma hazırda yaranmış olan psixoloji durum neftin qiymətinin artımına təsir edir və edəcək. Belə bir fikir var ki, Amerika yenidən İranla münasibətləri özünün tam istədiyi şəklə gətirib çıxarsa, ondan sonra qiymətlərin fərqli ola biləcəyi mümükündür.

Ümumiyyətlə, enerji daşıcılarının, neftin qiyməti normalda qalxmalıdır. Çünki neftə olan tələbat hər gün yeni fabrik və zavodların açılması ilə artır. Tərs mütənasib olan zaman qiymətlər aşağı enirdi. Bu da dünyanın aparıcı ölkələrinin siyasətindən asılı idi. Hazırda isə siyasət neftin qiymətinin qalxmasına hesablanıb. İrandakı bu məsələ ciddiləşsə, oktyabr ayına qədər neftin qiymətinin 100 dollar civarında olması gözlənilir. Aparıcı dünya iqtisadçılarının da fikri belədir”.









Redaktorun seçimi