Azərbaycan əhalisinin nə qədəri "kəndçi"dir?

Hit: 741
Azərbaycan əhalisinin nə qədəri "kəndçi"dir?

"Azərbaycanda urbanizasiya, şəhərləşmə hələ heç başa çatmayıb, bu günə qədər olanlar da çox plansız aparılıb. Rəsmi məlumatlara görə ölkə əhalisinin 46%-i hələ kəndlərdə yaşayır. Azərbaycan kimi kiçik ölkədə kənd əhalisinin sayı, maksimum 20% civarında olmalıdır. Deməli hələ 2-3 mln. vətəndaşımız da gələcəkdə şəhərlərə köçəcək". 

Faktor.az bildirir ki, bunu açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

"Hökumət  kənd təsərrüfatına əlavə iş yeri mənbəyi kimi baxır, pambıqla iş yeri yaratmağı düşünür. Halbuki dünyada aqrar sahənin rentabelliyi və məhsuldarlığı əl əməyindən imtina ilə mümkündür. ABŞ-da 12 hektar pambıq sahəsinə 1 işçi, bizdə o qədər sahəyə təxminən 30 işçi düşür. Dünyada aqrar sahə artıq pilotsuz traktorlarla, kübrə verən, sulayan dronlarla idarə olunur. Gec-tez bizdə də belə olacaq, urbanizasiyanın növbəti dalğaları baş verəcək".

Ölkədə Bakıdan başqa azı bir, məncə isə iki milyonluq şəhər olmalı, urbanizasiya daha ağılla, planla aparılmalı idi. Bu gün bütün ölkə iqtisadiyyatının 94%-i Bakı və Abşeronda cəmləşib. Dünyada belə eybəcər urbanizasiya son 50 ildə ancaq Nigeriyada qeydə alınıb.

Beləliklə, hələ ki ölkədə şəhərləşmə bitməyib.

Fakor.az









Redaktorun seçimi