Ərdoğandan şok təklif borclar qızılla ödənsin - Mümkündürmü?

163 dəfə oxunub
Ərdoğandan şok təklif borclar qızılla ödənsin - Mümkündürmü?

Türkiyə prezidenti təklif edib ki, beynəlxaq maliyyə institutları borcu hansısa ölkənin valyutası ilə verməkdənsə, qızılla həyata keçirməlidir. 
Bretton-Vuds beynəlxalq valyuta sistemində dollar qızıla bağlanmışdı (digər valyutalar da dollara). Yamayka sazişi (1976-cı il) bu sistemə son verdi, dollar-qızıl standartı ləğv edildi, dünya maliyyə sistemində yalnız dollar standartı qaldı.

İndiki təklif isə Bretton-Vudsun başqa bir formada bərpasını nəzərdə tutur - bu dəfə dollarsız yalnız qızıl ödəniş sistemi. 

Halbuki Bretton-Vuds sisteminin dağılma səbəblərindən biri elə məhz bu oldu ki, beynəlxalq hesablaşmaşlar, ehtiyatlar və sərmayələr üçün tələb olunan valyuta kütləsinin arxasında dura biləcək həcmdə qızıl istehsalını təmin etmək mümkün olmadı. ABŞ-ın qızıl ehtyatları 20 ildən çox müddətdə 2 dəfəyədən çox azaldı və getdikcə dollar olan tələbat qızıl ehtiyatlarının həcminin artımını əhəmiyyətli dərəcədə üstələdiyindən beynəlxalq maliyyə sistemi üçün ciddi təhlükə yarandı.

Doğrudur, indi dünyada mərkəzi banklar və investorlar tərəfindən yığım və sərmayə aləti kimi qızıldan geniş istifadə olunur və kifayət qədər etibarlı vasitədir.

Lakin qızılın ödəniş vasitəsi kimi dayanıqlı dəyərə sahib olacağı, qiymət volatilliyi sayəsində beynəlxalq maliyyə sistemi üçün təhlükəyə çevirilməyəcəyinə zəmanət verən mexanizmlər yoxdur. Dönərli valyutalar üçün belə mexanizm onların arxasında duran nəhəng fond bazarları və yüksək texnoloji əmtəələrdir (həmçinin xidmətlər).

Bir də beynəlxalq miqyasda borc ehtiyaclarının potensial həcminə uyğun qızıl istehsalını təmin etməyə zəmanət varmı?

İqtisadçı Rövşən Ağayev

Faktor.az

 


loading...
loading...

Redaktorun seçimi