“Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib

Hit: 716
“Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Enerji səmərəliliyi haqqında" qanun layihəsi üzrə dəyirmi masa keçirilib. Nazirlikdən  Faktor.az-a bildirilib ki,  açılış nitqində energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar əməkdaşlığa görə Enerji Xartiyası Katibliyinə təşəkkürünü çatdıraraq, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Avropa İttifaqının 2016-cı ildə yaradılmış yeni "EU4Energy" Proqramı çərçivəsində  Beynəlxalq Enerji Xartiyası tərəfindən "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması prosesi yekunlaşıb. Nazirliklərarası işçi qrupunun müzakirəsinə çıxarılan Qanun layihəsi beynəlxalq standartlar, xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Yeni Qanun layihəsi enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə "Kommunal Xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacaq.

Dünyada enerjiyə tələbatın artmasının enerji səmərəliliyi məsələlərini aktuallaşdırdığını deyən energetika naziri bildirib ki, yeni texnologiyaların inkişafı sayəsində enerji səmərəliliyi xüsusi bir yanacaq növü kimi enerji balansına daxil olur. "Enerji səmərəliliyi məhsul və xidmətlərin istehsalına daha az enerjinin sərf olunmasını, beləliklə ölkənin ixrac potensialının artmasını, atmosferə istixana qazlarının atılmasının azalmasını təmin edir. Bu istiqamətdə Enerji Xartiyasının Baş Katibliyi ilə sıx əməkdaşlıq edilir. Bu əməkdaşlıq əsasən üçtərəfli formatda əməkdaşlıqdır və Avropa İttifaqı da bu əməkdaşlıqda mövcuddur".

Sonra Enerji Xartiyasının Baş katibi UrbanRusnakçıxış edərək qanun layihəsini Enerji Xartiyası Katibliyi ilə əməkdaşlığın töhfəsi kimi qiymətləndirib. "Bu qanunun tətbiqi Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, sənayenin rəqabətqabiliyyətinin artmasına, ev təsərrüfatlarının xərclərinin azalmasına və ətraf mühitin qorunmasına imkan yaradacaqdır."

Avropa İttifaqı Nümayəndəliyi Əməkdaşlıq bölməsinin rəhbəri JeroenVillems isə enerji səmərəliliyini təmiz enerjiyə keçidin vacib elementi kimi qiymətləndirib.

Çıxışlardan sonra Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulması haqqında məktubEnerji Xartiyasının Baş katibi UrbanRusnakatəqdim edilib.

Bildirilib ki, Azərbaycan 1994-cü ildə Avropa Enerji Xartiyasına qoşulması ilə bağlı saziş imzalayıb. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyası statusunu alıb. Azərbaycanın bu məktubla  Beynəlxalq Enerji Xartiyasına qoşulduğunu bəyan edir.

Tədbir qanun layihəsi üzrə nazirliklərarası işçi qrupunun müzakirəsi ilə davam etdirilib.









Redaktorun seçimi