“Dəmirbank”dakı əmanətlərin taleyi ilə bağlı – AÇIQLAMA

Hit: 945
“Dəmirbank”dakı əmanətlərin taleyi ilə bağlı – AÇIQLAMA

“Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Əmanətlərin sığortalanması haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.

Fonddan Oxu.Az-a verilən məlumata görə, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.

“Qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək”, - deyə qurumun açıqlamasında vurğulanıb.

Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı ildə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.

Əmanətlərin Sığortalanması Fondunun digər məlumatına əsasən,  “Dəmirbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

“Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli, 49 saylı qərarı ilə “Dəmirbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib“ , - deyə məlumatda vurğulanıb. 

Faktor.az









Redaktorun seçimi