Azərbaycanda bank jurnalisti süründürür - Expressbankdan şikayət

Hit: 574
Azərbaycanda bank jurnalisti süründürür - Expressbankdan şikayət

Azərbaycanda banklarla bağlı şikayətlər bitib-tükənmir. Bu dəfəki mövzumuzun qayəsi isə “Expressbank” dır.

A24.az bildirir ki, bankdan bu dəfə  şikayətli olan jurnalist Əziz Əlibəylidir. O deyir ki, “Portmanat” şirkətinin balansına yığlmış müvafiq məbləği nəqdləşdirmək üçün şirkətin müqavilə bağladığı Exspressbanka müraciət edib: “Bank kartı vermək üçün 3 manat alır(Bu nə üçün lazımdır, hələ izahı yoxdur) üç iş günü, maksimum bir neçə gün əlavə olunub, amma  ortada kart deyə bir şey yoxdur. Bankın həm rəsmi FB səhifəsi, həm saytdakı konsultantı şikayətimi yönəldiblər  istehlakçıların Hüquqlarının Müdafiəsi şöbəsinə. 12 dekabrda edilən müraciəti bank hələ  də “araşdırır”. Görəsən, nəyə görə məcburam bu bankla işləməyə, onun yararsız fəaliyyətinə görə, sürünməyə? Bunlar müştəri məmnuniyyətini heç mi bilmirlər. Bir təsadüf banka ilk dəfə yolun düşsün, onda da bu halla qarşılaşasan. Sözüm nə o kartda, nə də o məbləğdə  deyil, sözüm hüquqlarımızı tapdalamaq və bunu adi iş qəzası kimi qələmə verənlərədir: “Bu qabiliyyətlə çox da  uzağa gedə bilməyəcəksiniz, şüarınız –  “İşiniz rahat getsin” i də  silin, belə dəyişin: “İşiniz avand olmasın”.

A24.az









Redaktorun seçimi