Ən iri birja operatoru bitkoinlə ticarətə başladı

Hit: 853
Ən iri birja operatoru bitkoinlə ticarətə başladı

CME Group" (dünyanın ən iri fyuçers birjalarının operatoru) ən populyar kriptovalyuta olan bitkoinlə ticarətə başlayıb.

Faktor.az xəbər verir ki, bu barədə APA "Prime" agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2018-ci il üçün fyuçers müqavilələrinin start qiyməti 20,65 min dollar təşkil edir. Ticarət sessiyasının startında qiymət bir qədər artsa da, Bakı vaxtı ilə saat 07:18-də bitkoinin dəyəri 18,79 min dollara enib.

Bir həftə öncə isə Çikaqonun opsion birjasında bitkoinlə ticarətə başlanılıb. Debüt ticarət sessiyasında bitkoinin dəyəri 25% artaraq 18,85 min dollara çatıb.

Faktor.az









Redaktorun seçimi