Avropa kriptovalyutalarla bağlı ciddi qərar verməyə hazırlaşır

Hit: 1366
Avropa kriptovalyutalarla bağlı ciddi qərar verməyə hazırlaşır

Avropada terrorizmlə və çirkli pulların yuyulması ilə mübarizə tədbirləri çərçivəsində kriptovalyuta alanaların şəxsiyyətini açıqlayacaq. Eləcə də pul köçürmələri ilə bağlı hesablar təqib ediləcək. 

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki,  2009-cu ildə bitkoin ilə bazara daxil olan, son zamanlar xeyli məşhurlaşan kriptovalyutalara qarşı bir sıra addımlar atılmaqdadır. Rusiya və Çindən sonra  Avropa Birliyi bu isqtiqamətdə mühüm qərarlar vermək niyyətindədir. Avropa Parlamenti, eləcə də Avropa Hökuməti və Hökumət Başçıları Şurası kriptovalyutaların, xüsusilə, bitkoinin istifadə edildiyi onlayn valyuta platformalarına ciddi qaydalar tətbiq etməyə hazırlaşır.

Bu addım terrorizmin maliyyələşdirilməsinə və "çirkli pulların" yuyulmasına zərbə vuracaq.

Qeyd edək ki, qısa müddətdə bitkoinə və digər kriptovalyutalara maraq artıb. 51 kripto valyutanın toplam bazar dəyəri  yarım trilyon dollara çatıb. 

Nəzərə çatdıraq ki, hazırda bitkoinlə əməliyyatlar  ABŞ, Rusiya, Hollandiyada qanunidir. Çində isə bu kriptovalyuta ilə əməliyyatlar şirkətlərə qadağan edilib. 

Faktor.az









Redaktorun seçimi