“Azərbaycan Beynəlxalq Bankı” - yeni kampaniyaya start verib

Hit: 333
“Azərbaycan Beynəlxalq Bankı” - yeni kampaniyaya start verib

“Azərbaycan Beynəlxalq Bankı” 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yeni kampaniyaya start verib.

13 dekabr tarixindən 29 dekabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər.

Bundan əlavə, kampaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.

Faktor.az xəbər verir ki, aksiyaya görə kredit 36 ayadək veriləcək.

15.000 manatadək veriləcək kreditin illik faiz dərəcəsi (İFD) 20.18% olaraq müəyyənləşdirilib. 5.000 manatdək alınan istehlak kreditlərində zamin tələb olunmur.

Qeyd edək ki, sözügedən krediti almaq üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.

Faktor.az









Redaktorun seçimi