Prezidentin çağırışından sonra hansı addım atılacaq?

Hit: 703
Prezidentin çağırışından sonra hansı addım atılacaq?

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkədə sənaye zonalarının yaradılması üçün sahibkarları fəal olmağa çağırıb.

Faktor.az, “Qafqazinfo”ya istinadən xəbər verir: Bu barədə ölkə  başçısı  çıxışında vurğulayıb ki, sahibkarlar bunun üçün təkliflər verməli, bazarın düzgün monitorinqini aparmalıdır: “Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir”.

Sahibkarların  sənaye zonalarının yaradılmasında maraqlı olmamasının səbəbləri barədə  “Qafqazinfo”ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar Quliyev qeyd edib ki, Azərbaycanda sənayə zonaları yaradılıb, ancaq sahibkarlarda bu sahəyə elə də inam yoxdur: “Çünki hələ də normal şəkildə fəaliyyət göstərmirlər. Ancaq sənaye parklarının yaradılması gözəl perspektivdir. Sahibkara öz məhsulunu dünya  bazarlarına çıxartmağa imkan verir.  

Sahibkarın bu gün  dünya bazarlarına məhsul çıxarması çox çətin məsələdir. Bununla əlaqədar olaraq cənab prezident özü də məsələ qoyur ki, onlar bununla bağlı müraciət edib təkliflər versinlər. Təkcə məhsulun yığılması ilə məsələ bitmir. Onun qablaşdırılması prosesi standartlara uyğun olmalıdır. Qablaşdırma materiallarının hardan alınması üçün birgə iş olmalıdır.  İşin qurulması üçün gübrə, texnika kimi  vasitələr lazımdır. Bunun üçün sənaye parkları sahibklarlara kömək edə bilər.









Redaktorun seçimi