Azərbaycanda bank müştərilərinin sayı artır

Hit: 454
Azərbaycanda bank müştərilərinin sayı artır

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 57 011 nəfər və yaxud 1,0% artaraq bu il sentyabrın 1-nə 5 720 291 nəfər təşkil edib.

Məlumata görə, müştərilərin 5 638 340 nəfəri fiziki, 81 951 nəfəri hüquqi şəxslərdir.

Avqustda fiziki şəxslərin sayında 55 440 nəfər və yaxud 0,99%, hüquqi şəxslərin sayında isə 1 571 nəfər və yaxud 1,95% artım qeydə alınıb. 

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 127 nəfər və yaxud 1,44% artaraq 221 048 nəfərə çatıb. 









Redaktorun seçimi