Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Hit: 824
Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,59 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,34 dollar/barel çoxdur.

Faktor.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 47,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 10-da 45,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 10-da 46,78 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar/barel çoxdur.









Redaktorun seçimi