Saad Ghazal : “İlham Əliyevin bu addımı dünya islam ölkələrinə bir mesajdır...” - FOTOLAR

Hit: 1457
Saad Ghazal : “İlham Əliyevin bu addımı dünya islam ölkələrinə bir mesajdır...” - FOTOLAR

Saad Ghazal : “İlham Əliyevin  2017-ci ili İslam Həmrəyliyi ili elan etməsini dünya islam ölkələrinə bir mesajdır..”

 

Bu   gün Bakı Avrasiya Universitetinin akt zalında İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini və səfirliyin bir neçə əməkdaşı tələbələrlə görüş keçirmişdir.Səfirin müavini Saad Ghazal  tələbələrlə növbəti görüşünün onun üçün  böyük şərəf və qürürverici olduğunu ,Azərbaycan və İordaniya xalqları  arasındakı  mədəni-ədəbi əlaqələrdən,həmçinin  coğrafi oxşarlıqdan  danışdı.

 Bakı Avrasiya Universitetindəki görüşünün  IV İslam  oyunları ərəfəsinə təsadüf etməsinə diqqət çəkən səfir müavini,  bu günü tarixi gün adlandıraraq,Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsini dünya müsəlman -islam ölkələrinə bir mesaj olduğunu dilə gətirdi.

Daha sonar səfir müavini bu il Azərbaycanın İslam oyunlarına ev sahibliyi etməsinə diqqəti yönəldərək, bu tədbirin islam aləmində böyük əhəmiyyətə malik olacağına və islam aləminin Azərbaycanın bu  təcrübəsindən yaralanacağına böyük ümid bəslədiyinə əminliyini ifadə etdi. 

Tədbirin sonunda tələbələrin çoxsaylı suallarını cavablandıran  səfir müavini Saad Ghazal universitet rəhbərliyinə ,eləcədə universitetin “tərcümə” kafedrasının professor-müəllim kollektivinə minnətdarlığını bildirdi.

1
1
1
1
1








Redaktorun seçimi