Kimin kredit borcu var, xəbəri olsun... - Bununla bağlı ən düzgün qiyməti prezident verib

Hit: 9345
Kimin kredit borcu var, xəbəri olsun... - Bununla bağlı ən düzgün qiyməti prezident verib

“İnsanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var”. 

Fins.az xəbər verir ki, bu barədə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov məlumat verib.

Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub:

“Bu, reallıqdır. Prezidentin təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil".

Ə.Əhmədov qeyd edib ki, bunlar hökuməti ciddi şəkildə düşündürür:

"Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik”. 









Redaktorun seçimi