Dünyanın ən böyük məscidi, qülləsi və çılpaq gözəllərin əndamında əriyən - 100 milyardlıq "Xəzər Adaları" - SONU NECƏ OLDU?

Hit: 8712
Dünyanın ən böyük məscidi, qülləsi və çılpaq gözəllərin əndamında əriyən - 100 milyardlıq "Xəzər Adaları"  - SONU NECƏ OLDU?

Azərbaycanı bütün dünyada tanıdacaq layihəyə təxminən 6 il əvvəl başlandı.

Xəzər Adaları —  Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəri. 100 milyard dollardan artıq xərcə başa gələn böyük layihəni bir neçə il "Sahil" qəsəbəsindən keçərkən dənizə doğru uzanan palma ağacları ifadə edirdi.

Sonra, müxtəlif qalmaqallar, şayiələr və nəhayət hansısa bir sonluq. Bir zamanların əfsanə layihəsində durum nə yerdədir?

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq) Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.

Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunur. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcək. "Avesta" şirkətinin prezidenti İbrahim İbrahimovun sözlərinə görə Amerika, Türkiyə, ərəb və Çin investorları layihəyə maraq göstərirlər2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı bəlli oldu. Həmən ayda Qətərin dövlət şirkəti layihəyə 1 mlrd. dollar yatıra biləcəyi haqqında məlum oldu2013-cü ilin yanvar ayındaAzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdır. Müqavilənin ilkin dəyəri 510 milyon avrodurMartın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi "Export Development Canada" tikinti layihəsinin reallaşdırılması üçün dörd milyard dollaradək məbləğdə kredit ayıracaq2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub.

Daha sonra PR ilə ilə dünyaya səs salan ada dünya gözəllərini ağuşuna aldı.

"Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dünya gözəlini müəllifi olduğu "Khazar Island"da ("Xəzər adaları") istirahət etməyə dəvət edib.

Bir müddət sonra Layihəni aparan şirkətin rəhbəri məşhur iş adamı Haci İbrahim həbs edilir.

Buna səbəb rəhbərin  Beynəlxalq Banka olan kreditlərin vaxtından əvvəl qaytarılmaması olub. Bu kreditlərin həcmi isə 57 milyon dollar təşkil edir. Nəhayət, daha sonra nazirliklərdən ada ilə bağlı rəylər açıqalanır.

Sən demə, yeni şəhərcik üçün ərazi seçilərkən çox ciddi araşdırma və elmi tədqiqat işləri aparılmayıb, relyefin üst qatı və dənizin dibindəki geoloji risklər nəzərə alınmayıb. Buna görə də həmin şəhərciyin tikildiyi ərazinin altında sovetlər dönəmindən qalma çox nəhəng təbii qaz anbarı olmasına da əhəmiyyət verilməyib. Məlumatlara görə həmin qaz anbarı boşaldılsa belə ora müxtəlif mənbələrdən sızma halları müşahidə edilir və istənilən halda “Xəzər adaları”  potensial olaraq barıt çəlləyinin üzərində ucaldılmış.

Tikinti zamanı  SOCAR  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyini almayıbmış.

Az sonra Hacı İbrahimin adı işçilərin maaşı ilə bağlı hallanmağa başlayır.  Uzun zaman işçilər amaaşlarını ala bilməyiblər, bu haqda da mətbuat xəbərlər yazdı.

Bu cür yaşanan olaylardan sonra, layihə ilə  bağlı son duruma da nəzər salaq:

Layihə başa çatmadı, müəyyən ehtimallara görə artıq layihənin davam etdirmək üçün başqa şirkətlərlə danışıqlar aparılır.

Bu da özəl sektor adıyla fəaliyyət göstərən iş adamının əməyinin "bəhrəsi".

Faktor.az









Redaktorun seçimi