Siyavuş Novruzov bankları biabır etdi - "Maliyyə oğrularıdır"

Hit: 930
Siyavuş Novruzov bankları biabır etdi - "Maliyyə oğrularıdır"

“Azərbaycanda bankların pis vəziyyətə düşməsi iqtisadi böhran və ya katakilizmə deyil, bank sahiblərinin maliyyə oğurluğu ilə əlaqədardır”.

Bunu bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında “Banklar haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bu məsələlər sağlamlaşdırılmalıdır.

S.Novruzov qeyd edib ki, vaxtilə Mərkəzi Bank tərəfindən bu cür halların qarşısının alınması ilə bağlı nəzarət mexanizmi var idi: “Lakin sonradan hərəyə 1 milyard verildi. Onlar da həmin pulları götürüb gediblər. İndidə dövlət onları harada axtarıb, tapsın? Buna nəzarət edən şəxslər buna cavab verməlidirlər. Digər tərəfdən biz vətəndaşlarımızın da hüquqlarını qorumalıyıq. Bir daha təkrar edirəm bunu iqtisadiyyatla bağlamaq lazım deyil. İqtisadiyyatımız kifayət qədər inkişaf edir, sosial islahatlar həyata keçirilir”.

S. Novruzov vurğulayıb ki, ölkədəki bank sistemi öz maraq və mənafelərini güdür: “Bu baxımdan banklar kökündən sağlamlaşdırılmalıdır. Bir nəfər demir ki, banklarda vətəndaşa verilən kreditin faizi niyə belə yüksəkdir? Bu nəyə əsaslanır? Banklar niyə görə bu cür yüksək faizlə kredit verdiklərini izah etsinlər”.

Faktor.az









Redaktorun seçimi