ABŞ bombaladı - Neft bahalaşdı

Hit: 1110
ABŞ bombaladı - Neft bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,26 dollar, yaxud 0,48% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,97 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

======

Dünya birjalarında neft bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92 dollar və ya 1,78% artaraq 52,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 dollar və ya 1,58% artaraq 55,76 dollar olub.

Neftin kəskin bahalaşmasına səbəb ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri tərəfindən Suriya ərazisində yerləşən aviabazaya raket zərbələrinin endirilməsidir. ABŞ tərəfi bildirib ki, zərbələrin Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir.

Məlumata görə, "ABŞ Suriyaya onlarla qanadlı raket atıb". ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.









Redaktorun seçimi