2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq - Manat canını tapşıracaq

Hit: 995
2017-сi ildə uçot dərəcəsi daha iki dəfə artırılacaq - Manat canını tapşıracaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək  artıracaq.
 
"APA-Economics"-in verdiyi  xəbərə görə, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.
 
Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.
 
"Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FED-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.
 
Qeyd edək ki, bu gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.
 








Redaktorun seçimi