Elman müəllim sanki deyir, manat mənimdir - Ekspertdən dolların bahalaşmasına ŞƏRH

Hit: 2793
Elman müəllim sanki deyir, manat mənimdir - Ekspertdən dolların bahalaşmasına ŞƏRH

ABŞ-ın Federal Ehtiyat Sistemi (mərkəzi bankı) uçot dərəcəsini artırdı: 0,75-1% oldu.

Bizi bu dərəcə sırf dolların dəyərinə təsir baxımdan maraqlandırır (dərəcə artıbsa, deməli, dollar bahalaşmalıdır). Amma uçot dərəcəsi mahiyyətcə mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərin faiz dərəcəsi deməkdir. Bizim Mərkəzi Bankın da belə dərəcəsi var: bir il əvvəl 3% idi, indi 15%-dir. Amma təbii, bizimki heç kəsi maraqlandırmır. Çünki reallıqda banklarımız Mərkəzi Bankdan nəinki həmin dərəcə ilə, son vaxtlar ümumiyyətlə heç keçəli papaqlı edə bilən kredit də götürə bilmirlər. Elman müəllim sanki deyir ki, manat mənimdir, vəssalam, imzam da üstündədir, vermirəm, əvvəllər rəsmi məzənnə bəzək üçün idi, indi isə uçot dərəcəsi...

Ekspert Əkrəm Həsənov 









Redaktorun seçimi