Bu layihə Azərbaycanı xilas edəcək

Hit: 725
Bu layihə Azərbaycanı xilas edəcək

Azərbaycanın qaz ixracından gələcəkdə əldə edəcəyi gəlirlər neftdən əldə etdiklərimizi sözsüz ki, əvəz edə bilməyəcək.

AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspet Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, 2014-cü ildə təməli qoyulan Cənubi Qafqaz Boru Kəməri (GQBK) heç də bu məqsəd daşımır:

"Hazırda “Cənub Qaz Dəhlizi” adı altında 4 layihə icra olunur: “Şahdəniz-2”, GQBK, TANAP və TAP... “Cənub Qaz Dəhlizi”nin hər şeydən öncə, böyük siyasi əhəmiyyəti vardır. Onun iqtisadi səmərələliliyi hələ çox uzaqdadır. Lakin yox da deyildir. Yəni ki, sözügedən Azərbaycana lazım olan gəliri gətirəcək, amma heç də “Şahdəniz-2”dən deyil. “Cənub Qaz Dəhlizi” strateji layihədir !.. O təkcə, Azərbaycan qazı üçün tikilmir. Sabah Orta Asiya və Yaxın Şərq buna qoşulmalıdır və qoşulacaqlar da... Sözün qısası, “Cənub Qaz Dəhlizi” uzaqvuran artileriyadır !..." 









Redaktorun seçimi