Bankların bundan başqa yolu qalmadı - Marta qədər pullarınızı...

Hit: 3838
Bankların bundan başqa yolu qalmadı - Marta qədər pullarınızı...

Bu gün Mərkəzi Bankın (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmayıb.

Belə ki, təklif olunan 35 milyon dolların 7 milyona yaxını, yəni ki, 19 %-i satılıb. Nəticədə USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2 % enib. Bu da son günlər dolların guya süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir...

Təkrar edirəm ki, ümumiyyətlə, manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin fevralda səngiyəcəyi gözlənilən idi. Belə ki, keçən ilin də fevral ayını yada salsaq, eyni tendensiyanın şahidi olacağıq. Yeri gəlmişkən, yanvarda manatın dollara qarşı dəyəri 8,23 % civarında ucuzlaşmışdı ki, SOFAZ tərəfindən verilən məlumata əsasən isə sözügedən ay ərzində ümumən 285 milyon dollar vəsait satılmışdı...

Dolların guya, süni olaraq ucuzlaşdırıldığı fikrini irəli sürənlərin isə əsas arqumentlərindən biri budur ki, guya, əhalidə olan dollarlar yığılmaq istənilir. Əhalinin dollar vəsaitləri çox olan hissəsinin vəsaitləri "əllərdə" deyil - ya banklardadır, ya da ki, SOCAR-ın istiqrazlarında... Odur ki, sual edirəm: yerdə qalan hissədə nə qədər dollar vəsaitləri vardır ki, hökumət bunu sözügedən yolla cəlb edərək hansısa yarasını sağalda bilsin ?!... Odur ki, bu, tamamilə cəfəng fikirdir...

O ki qaldı bankların "fırıldaqlarına", ölkədə kommersiya banklarının halhazırda başqa gəlir mənbələri yoxdur ! Və mən, hələ keçən ilin dekabrında -/+ 4%-lik marjanın ləğv olunmasını ilk dəfə təklif edəndə də yazmışdım ki, bunun ləğvi həm də buna görə zəruridir. Yəni ki, bankların müvəqqəti də olsa bundan gəlir götürə bilmələri üçün... Burada hələki mənfi heç bir hal yoxdur və axtarmaq da lazım deyil. Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görəcəklər. Və bu da dolayı yolla əksinə, bir sıra yerli istehsalçılar üçün xeyirlidir.

Manat qıtlığı ilə əlaqədar arqument isə doğrudur. Bu, artıq, uzun müddətdir ki, belədir və sadəcə olaraq, tam üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar olaraq öz təsirini daha "effektiv şəkildə" göstərməkdədir. Martda əkstendensiya başlayacaqdır. Dolların çox ucuzlaşması hökumətə də sərfəli deyil. Sadəcə olaraq, yaranmış şəraitdən fürsət olaraq istifadə edərək AMB rəsmi valyuta ehtiyatlarını artıra bilər. Və çox güman ki, fevralda da bu, baş verəcəkdir. Ancaq, martda dollar yenidən bahalaşmağa başlayacaq. Ümumiyyətlə, artıb-azalma 1.65-2,05 azn aralığında müşahidə edilməlidir...

Dolların ucuzlaşması ilə əlaqədar olaraq, Aİ-95 və istehlak qiymətləri də ona görə enmir ki, sözügedən tendensiya dayanıqlı deyil...

İqtisadçı Pərviz Heydərov









Redaktorun seçimi