Azərbaycandan pul çıxarılması qaydaları dəyişdi

Hit: 970
Azərbaycandan pul çıxarılması qaydaları dəyişdi

Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları"na dəyişiklik edib.

Faktor.az oxu.az-a istinadən bildirir ki, bu barədə "İnterfaks-Azərbaycan"a bank sektorundakı mənbə məlumat verib.

"Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.









Redaktorun seçimi