Dolları qətiyyən manata dəyişməyin

Hit: 3535
Dolları qətiyyən manata dəyişməyin

Dolları manata dəyişəkmi və yaxud əvvəl, soruşurdular ki, dollar hara qədər bahalaşacaq və sair...

Suallarla bağlı iqtisadçı Paərviz Heydərov bildirib ki, əlinizdə olan vəsait yalnız cari xərclər üçün yetərlidirsə, heç nəyi heç vaxt dollara dəyişməyin: "Buna heç bir lüzum yoxdur. Yəni ki, dollar qalxıb lap, 5 manat olsa da belə... Çünki, bunun heç bir mənası yoxdur. Bu gün 200 manata ala biləcəyiniz bir şeyi və yaxud həyata keçirə biləcəyiniz işi əgər dollar, sabah yüksələrək lap, 10 manat da olsa belə, bu gün əlinizdəki pulu dollara dəyişib sabah 2000 manat etmiş olsanız da belə, yenə bundan artıq heç nə əldə edə bilməyəcəksiz ! Yəni ki, bu gün 200 manatlıq alına bilən bir məhsul və görülən iş dollar sabah bahalaşıb lap, 2000 manat olsa da belə, yenə məhz elə həmin 2000 manata başa gələcək".

O daha sonra bildirib ki, əgər, əlinizdə məsələn, ən tezi 2018-ci ildə görmək istədiyiniz bir iş üçün vəsait varsa, onda o pulu elə dollarda saxlayın... Və manat bahalaşaraq lap, 0,78 qəpiyə ensə də belə, qətiyyən dolları manata dəyişməyin!

"Və ən nəhayət üçüncüsü, bilin və agah olun, bunu birdəfəlik qəbul edin ki, manat bundan sonra gah bahalaşacaq, gah da ki, ucuzlaşacaq. Belə ki, heç vaxt 2015-ci ilin fevralın 21-i tarixinədək olduğu kimi "bir nöqtədə" ilişib və donub qalmayacaq... Çünki həmin dövr artıq, arxada qalmışdır... Yəni, manat müəyyən ay ərzində sürətlə ucuzlaşacaq, digər ay ərzində isə bahalaşacaq... Biz, həmişə bunun şahidi olacağıq!

Və bu artıb-azalma çox güman ki, 1.65-2,05 azn aralığında baş verəcək... Ən azı 2017-ci il ərzində"...

Faktor.az

 









Redaktorun seçimi