Problemli kreditləri olanların nəzərinə - Borclar silinir? - FOTOLAR

Hit: 492
Problemli kreditləri olanların nəzərinə - Borclar silinir? - FOTOLAR
"Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu, 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9%-i deməkdir". 
 
Faktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
 
Ekspert həmçinin qeyd edir ki, aparılan monitorinqlərin nəticələrinə görə, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür:
 
 
"Neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5%  ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır.
 
Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyli hissəsi artıq “ümidsiz kreditlərdir”. Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi, 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdİ.
 
Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlara davam edəcək".
 








Redaktorun seçimi