Məcburi köçkünlər üçün güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır - RƏY

Hit: 701
Məcburi köçkünlər üçün güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır - RƏY

Məcburi köçkünlər üçün kommunal xidmətlərdən müvafiq güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır. Bu, dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə etmək məsələsinin getdikcə, daha aktual xarakter daşıdığı bir dönəmdə olduqca yerində atılan addım sayılır.

Faktor.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov prezident İlham Əliyev tərəfindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini şərh edərkən bildirib.

Ekspert bildirib ki, məsələni anlayışla qəbul etmək lazımdır:

"Əvvəla, ötən uzun müddət ərzində məcburi də olsa köçkün sayılan hər hansı bir fərdin və yaxud da ailənin maddi təminat baxımından ehtiyacları məsələsinin həlli istər-istəməz müəyyən həddə olsa da belə, təmin olunmuş və "yerləşdirilmiş" hesab edilməlidir. Ən azı o mənada ki, bu müddət ərzində hətta müvafiq dövlət güzəştləri limiti saxlanılsa belə, məcburi köçkün sayılan heç bir fərdin və yaxud ailənin mövcud istehlak və dolanışıq xərcləri ilə ayaqlaşa bilməsi onsuz da faktiki olaraq mümkün sayılmır. İkincisi də, dövlət tərəfindən əhalinin sözügedən təbəqənin  maddi cəhətdən bütün tələblərinin ödənilməsi qənaətbəxş hesab olunur. Bunu da onlar üçün müxtəlif yerlərdə tikilən yaşayış mənzilləri, o cümlədən, işlə təminat və s. sübut etməkdədir. Odur ki, məsələni, maksimum dərəcədə anlayışla qəbul etmək lazımdır. Gələcəkdə adambaşına aylıq müavinətin özü sözsüz ki, artırıla da bilər. Yəni ki, əsas odur, bundan sonra bu sahədə büdcə xərclərinə daha yaxşı nəzarət etmək mümkün olacaq və ümumiyyətlə, bu istiqamətdə ortaya çıxacaq müvafiq tələblər də olduqca anlaşıqlı xarakter daşıyacaq".

Faktor.az









Redaktorun seçimi