Şad xəbər: - Dollar ucuzlaşdı

Hit: 10850
Şad xəbər: - Dollar ucuzlaşdı

Saat 13:00-dan sonra banklarda Dollar ucuzlaşıb.

Bir sıra banklar Dolların alış qiymətini aşağı salıblar.

Məsələn, səhər saatlarında  1 dolları  1.9227 manata satan Yapı Kredi Bank Azərbaycan qiyməti 1.9043 manata, Unibank, 1.92 manatdan 1.88 manata, Turanbank 1.8950 manatdan 1.8850 manata, NikoilBank 1.89 manatdan 1.88 manata,  AcessBank 1.9130 manatdan 1.9040 manata salıb.

Qeyd edək ki, hərrac olmayan günlər banklar öz aralarında bir-birlərinə dollar satıb alırlar. Banklararası əqdlərə uyğun olaraq məzənnə dəyişir.

Bunu da qeyd edək ki, Dolların qalxması müşahidə edilsə də əhalinin alışı çox azdır. Səhər saatlarıda məhdudiyyətsiz dollar satan banklardan birində alıcı yox dərəcəsində idi. //Marja//









Redaktorun seçimi