Kredit borcunuz olan bankı - Məhkəməyə verin, əgər...

Hit: 3515
Kredit borcunuz olan bankı - Məhkəməyə verin, əgər...

Banklarla müştərilərin qarşıdurması davam edir. Bankların borcu gecikən müştərilərinin şəxsi məlumatlarını ictimailəşdirməsi nəticəsində onların haqları pozulub.

Ötən həftə Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin elan etdiyi Qətnaməyə əsasən Unibank borcluya (müəllimə xanıma) 1000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməlidir. Buna səbəb isə bank sirrini pozulması (borclunun iş yerinə, qonşularına və s. borc haqda məlumat verməklə), borclunun hədələnməsi olub.

Faktor.az bildirir ki, bununla bağlı maliyyə-kredit sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məlumat yayıb: 

“Bu Qətnamə çox vacib presedent olacaq və bankların özbaşınalığına son qoyacaq. Elə buna görə də indicə aldığım məlumata əsasən Unibank həmin borclu xanıma borcun silinməsi müqabilində iddianı geri götürmək üçün yalvarır. Əslində, Qətnamə artıq elan olunub, buna görə də iddianın geri götürülməsi mümkün deyil. Unibank hakim Azər Paşayevdən Qətnaməni saxtalaşdırmağı xahiş edəcək?”

Faktor.az/ Könül Kərimli









Redaktorun seçimi