Ermənistana gedən qaz kəmərini SOCAR alır? - Ekspert şərhi

Hit: 1457
Ermənistana gedən qaz kəmərini SOCAR alır? - Ekspert şərhi

Mətbuatda Ermənistanla Gürcüstanı birləşdirən magistral qaz kəmərinin bir hissəsinin satışı ilə bağlı məlumat yayılıb.

Ermənistan baş naziri Karen Karapetyan bu gün keçirdiyi mətbuat konfransında “əgər hansısa təşkilatlar Ermənistanla Gürcüstanı birləşdirən magistral qaz kəmərini almaq istəyirsə, biz buna etiraz etmirik” deyə bildirib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlərə görə, SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-ni almaq niyyətindədir. 

Məsələ ilə bağlı Faktor.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın bu addımının Ermənistan üçün heç bir təhlükə yaratmayacağını bildirib.

Onun sözlərinə görə, magistral qaz kəməri nə Ermənistan hökuməti, nə dövləti, nə də hansısa bir təşkilatına məxsusdur.

“Ermənistanla Gürcüstanı birləşdirən magistral qaz kəməri Gürcüstan hökumətinə məxsusdur. Həmin qaz kəməri ilə nəql edilən qaz Rusiya ilə Gürcüstan arasındakı sazişə əsasən illik nəqletmə yolu ilə həyata keçirilir. İstərsə Azərbaycan ona lap 1 milyard pul qoysun, yenə də qazı 1 milyon kub metr azalda bilməz. Sadəcə olaraq mətbuatda bu haqda reallığı əks etdirməyən fikirlər səsləndirilir. Bu isə təbliğatdan başqa bir şey deyil”. 

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi