FED dollarla bağlı mühüm qərar verdi: Dollar bahalaşacaq

Hit: 1164
FED dollarla bağlı mühüm qərar verdi: Dollar bahalaşacaq
 
ABŞ Mərkəz Bankının (Fed) Richmond şöbəsinin sədri Cefri Laker ( Jeffrey Lacker), bankın bu il faiz nisbətini bazarların gözlədiyindən daha sürətlə artırmaq məcburiyyətində qalacağını bildirib. Bu da Dolların daha sürətlə bahalaşacağı anlamına gəlir.

Fed-in faizi artırmaqda davam edəcəyini bildirən Lacker, "Daha çox maliyyə xərcləri, daha yüksək faiz nisbətləri mənasına gəlir"- ifadəsini istifadə edib. Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni prezidenti Donald Trump-ın maliyyə siyasətinə investisiyaları artırmaq və vergi təşviqləri daxildi

 Bazarların faiz artırımı gözləntilərinin aşağı olduğunu bildirən Lacker, bunları qeyd edib

Mənim fikrimcə, Fed faizləri bazarların gözlədiyindən daha tez-tez artırmaq məcburiyyətində qalacaq. Çünki əks halda inflyasiya çox yüksələ bilər".Lacker bundan başqa, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz ətrafında böyüyəcəyini və inflyasiyanın  2%-ə çatacağı proqnozunu verib.

Richmond Fed sədri Cefri Laker, Fedin "şahin" üzvləri arasında yer alır. Lackerın bu il Federal Açıq Bazar Komitəsində səsvermə hüququ yoxdur.









Redaktorun seçimi